Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlər müzakirəyə çıxarılıb.
KONKRET.az xəbər verir ki, müzakirələrdə maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Mərkəzi Bankın sədri Elman Rüstəmov və deputatlar iştirak ediblər.
Sonda büdcə zərfinə daxil olan sənədlər parlamentin plenar iclasına tövsiyə olunub.
***
11:20
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir.
KONKRET.az-ın xəbərinə görə, toplantıda gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlər müzakirəyə çıxarılıb.
Müzakirələrdə maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Mərkəzi Bankın sədri Elman Rüstəmov və deputatlar iştirak edirlər.
***
09:23
Bu gündən Milli Məclisdə gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsinə başlanılır.
KONKRET.az xəbər verir ki, büdcə layihəsinə əvvəlcə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında baxılacaq.
Bu gün komitə layihənin müzakirəsi üçün toplanacaq.
Sabahdan isə qanun layihələri parlamentin digər komitələrində müzakirəyə çıxarılacaq.
Qanunverici orqanın noyabrın 16-sı, 17-i və 18-də keçiriləcək plenar iclaslarda isə gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlər müzakirə ediləcək.
