Fələstinin HƏMAS hərəkatının tərk-silah edilməsi təşəbbüsü Qəzza zolağındakı yeraltı tunellərin və silah anbarlarının məhv edilməsini nəzərdə tutur.
KONKRET.az “Al Hadath” telekanalına istinadən xəbər verir ki, bu barədə Qəzza zolağında vəziyyətin sabitləşdirilməsi prosesinə nəzarət etmək üçün yaradılmış Sülh Şurasının nümayəndəsi bildirib.
O təsdiqləyib ki, HƏMAS Qəzzanın inzibati idarəetmə strukturlarında heç bir rol oynamayacaq.
Sülh Şurasının nümayəndəsi həmçinin bildirib ki, razılaşmanın icrası və bütün ağır, eləcə də yüngül silahların ləğvi ilə bağlı HƏMAS-la danışıqlar davam edir.
“Hərəkatla bu məsələ ilə bağlı aparılan danışıqlarda irəliləyiş var”, – deyə o yekunlaşdırıb.
