Gəncədə fəhlənin əlində partlayıcı qurğu partladıbackend

Gəncədə fəhlənin əlində partlayıcı qurğu partladı

Gəncədə 20 yaşlı gəncin əlində partlayıcı qurğu partlayıb.

KONKRET.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin “Tekstilni” adlanan ərazisində qeydə alınıb.

Belə ki, həmin ərazidə çalışan 2002-ci il təvəllüdlü M.Cəfərli binanın damında partlayıcı qurğu tapıb. Bu zaman partlayış olub. Nəticədə fəhlə xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xatırladaq ki, partlayıcı qurğunun qumbara başlığı olduğu ehtimal edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*