Gəncədə ustanı elektrik cərəyanı vurdubackend

Gəncədə ustanı elektrik cərəyanı vurdu

Gəncə şəhərində bədbəxt hadisə baş verib.

KONKRET.az-ın məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

Qəsəbədəki evlərin birində usta işləyən 1957-ci il təvəllüdlü Tahir Xəlilovu damda ehtiyatsızlıqdan elektrik cərəyanı vurub. O, hadisə yerində ölüb.

Qeyd edək ki, 65 yaşlı kişinin meyti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*