4 oktyabr tarixində saat 10:00 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin əhalinin sıx yaşadığı məntəqələri ağır artilleriya atəşinə tutulub.
KONKRET.az-ın məlumatına görə, bunu Baş prokurorluğunun mətbuat katibi Günay Səlimzadə bugünkü brifinqdə bildirib.
Günay Səlimzadə qeyd edib ki, düşmən Gəncənin müxtəlif istiqamətlərinə 7 raket atılıb:
“Atılan raketlərdən 5-i partlamayıb, qalan iki raketin partlaması nəticəsində isə bir mülki şəxs – 1999-cu il təvəllüdlü Əliyev Tunar Qoşqar oğlu həlak olub. 32 nəfər şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan 32 nəfərdən 19-u qadın, 5-i isə uşaqdır. Eyni zamanda mülki infrastruktura və yaşayış məntəqələrinə külli miqdarda ziyan dəyib”.
