General-mayor vəzifəsindən niyə azad edilib? – RƏSMİ AÇIQLAMAbackend

General-mayor vəzifəsindən niyə azad edilib? - RƏSMİ AÇIQLAMA

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini general-mayor Şahvələd Əliyevin vəzifəsindən azad edilməsinin səbəbini açıqlanıb.

KONKRET.az xəbər verir ki, Dövlət Xidmətindən Report-a onun həqiqi hərbi xidmətdən səhhəti ilə əlaqədar ehtiyata buraxıldığı bildirilib.

Qeyd edək ki, Ş.Əliyev 2018-ci ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin maliyyə və maddi-texniki təminat üzrə müavini-Maliyyə və maddi-texniki təminat baş idarəsinin rəisi vəzifəsində çalışıb. O, bir neçə gün əvvəl işdən çıxarılıb.

Həmin vəzifəyə Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsinin rəisi vəzifəsində çalışmış Habil Nağıyev təyin edilib.

  • səbuhi
    Noyabr 12, 2021 - 14:36

    Sovet dövründə həmin vəzifə mayor vəzifəsi idi. Hazırda isə general-leytenant !!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*