Rusiya Hava-dеsant qüvvələrinin keçmiş komandanı, general-polkovnik Georgi Şpak hesab edir ki, Azərbaycan Ordusu bir ay ərzində Qarabağın bir hissəsini azad edə biləcək.
KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, cənab Şpaka görə, Azərbaycan Ordusu daha güclüdür: “Bu münaqişəni yaxından izləyirəm və tərəflərin gücünü qiymətləndirirəm. Azərbaycan daha güclüdür… Ermənilərə yazığım gəlir”.
Rusiyalı hərbiçi vurğulayıb ki, “Azərbaycan bu müharibədə qələbə çalacaq”.
