Genetik kodlar, pis vərdişlər – Alimlər hesab edir ki, insan davranışı genetika üzərində qurulub  backend

Genetik kodlar, pis vərdişlər - Alimlər hesab edir ki, insan davranışı genetika üzərində qurulub  

Genetika uzun  illərdir tədqiq edilir. Bəzi davranışlar, hərəkətlər, həyata baxış məsələsini də genetikayla bağlayırlar. İnsanların genetik quruluşu fərqlidir. Bəzi insanların ağrı hiss etməməsi, bəzilərinin isə ən kiçik qan damlasından huşunu itirməsi də genetik kodlarla bağlıdır. Hətta bəzi insanların şirniyyata qarşı həssas olması, digərlərinin isə sadəcəcə qəhvə üçün ürəyi getməsi də məhz bu amillə izah olunur.  DNT-ni tədqiq edən alimlər bu məsələnin izahını tapıblar. Onlar əmindirlər ki, genlərin  davranışlarımızda mühüm rolu var.

Edinburq Universitetinin alimləri müəyyən ediblər ki, spirtə olan ehtiras da genlərlə bağlıdır. “Nature communications” jurnalında dərc olunan tədqiqatın müəllifi professor Cim Uilson təsdiq edib ki, hətta müəyyən içkilərə üstünlük verən genlər mövcuddur.

Qəhvəsiz yaşamağın qeyri-mümkünlüyü

Əgər insan  kofeinsiz oyanmaqda çətinlik çəkirsə  və ondan asılılıq yaranırsa, deməli, problem genlərlə bağlıdır.

İtaliya, Hollandiya və Böyük Britaniyadan olan elm adamları müəyyən ediblər ki, PDSS2 genində variasiya olan insanlar, dəyişikliyə malik olmayan insanlardan daha az qəhvə tələb edir.

Playboy geni

Əgər bir kişi qadın düşkünüdürsə, oğlunun da bu “xəstəlikdən” əziyyət çəkmə ehtimalı var.  Buna playboy deyilir. Bəzi araşdırmalar göstərir ki, playboy ataların oğulları qadınları iki dəfə daha çox aldadırlar.

Bütün bunlara “playboy geni” cavabdehdir.  Bu,  həyəcan axtarışına cavabdeh DRD4 geninin bir variantıdır. Belə insanlar münasibətlərdə həyəcan və sensasiya axtarırlar.

İdmana nifrət

Əgər idmanla məşğul olmaq üçün motivasiya yoxdursa, insan özünü aldatmamalıdır. Burada da genetik faktorlar öz sözünü deyir. Bunu Corciya Universitetinin alimləri sübut ediblər. Onlar hesab edirlər ki, bəzi insanlarda məşqdən sonra xoş hiss hormonu dofaminin istehsalının qarşısını alan bir gen var.

Yuxusuzluq

Əgər normal yuxu yoxdursa, o zaman ananın necə yatmasıyla maraqlanmaq lazımdır. Əksər vaxtlarda yuxu problemi “miras” kimi keçir.

Uorvik Universitetinin alimlərinin araşdırmalarına görə, əgər ana yuxusuzluqdan əziyyət çəkirsə, uşaqların da yuxusu pozula bilər. Eyni zamanda, atanın yuxusuzluğu uşaqlara heç bir şəkildə təsir etmir.

Yüksək ağrı həddi

Qırmızı saçlı insanlar ağrıya sarışın və kürənlərdən daha yaxşı dözürlər. Bunu Danimarkanın Aalborq Universitetinin tədqiqatçıları aşkar ediblər. Onlar subyektlərə çili bibərinin aktiv komponenti olan kapsaisin yeridiblər, həmçinin sancaqlar ilə deşik açıblar.  Məlum olub ki, qırmızı saçlı insanlar narahatlığa daha sakit dözürlər.

Şirin diş

Adamların  şokolada meyl etməsi təkcə iradə çatışmazlığı deyil.

Kopenhagen Universitetinin tədqiqatçıları 6500 insanı tədqiq edərək “şirin diş geni”ni kəşf ediblər. FGF21 geninin iki variantından birinə sahib olan insanların şirin dişə sahib olma ehtimalı təxminən 20% daha yüksəkdir.

Vəli Həsənoğlu, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*