Gökhanı suriyalılara görə polisə şikayət etdilərbackend

Gökhanı suriyalılara görə polisə şikayət etdilər

Türkiyənin məşhur rok ifaçısı Gökhan Özoğuz polisə şikayət olunub.

KONKRET.az xəbər verir ki, buna səbəb rokçunun sosial şəbəkədə suriyalılarla bağlı paylaşımı olub.

Gökhan “xalqı kin və düşmənliyə təhrik”də ittiham olunub.

Memar Zeynep Melek Bulut Türkiyə Baş Prokurorluğuna müraciət edərək Gökhanın 16 avqust tarixində müzakirələrə səbəb olan post paylaşdığını bildirib.

Şikayət ərizəsində qeyd olunur: “H. Özoğuz sosial mediada evrensel.net portalından bir məqalə paylaşaraq “çox yaxşı yazıdır. Türkiyədə 1 milyon suriyalı var və hər gün çoxalır. Qrup halında davalar qapımızdadır. Savaş bitdi, amma onlar niyə ölkələrinə qayıtmırlar? Onların təkcə ad, soyadları ilə Türkiyə vətəndaşı olmaları pendir və çörək kimi bir şeydir. Bu səbəbdən sayları artır. Bu məsələ nəzarətdən çıxacaq”, – deyə bildirib. Sənətçinin instaqramda 1 milyondan çox izləyicisi var və nifrəti təbliğ edir. Bu səbəbdən cəzalandırılması tələb olunur”.

Xatırladaq ki, Gökhan Özoğuz “Athena” rok qrupunun solistidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*