Goranboy rayonunda törədilən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.
KONKRET.az Teleqraf-a istinadən xəbər verir ki, ötən gecə atası — 57 yaşlı Şahin Aslanov tərəfindən bıçaqlanaraq öldürülən 33 yaşlı Elvin Aslanov rayonda tanınan fitnes müəllimidir.
İlkin məlumata əsasən, mərhum valideynləri arasında yaranan mübahisəni ayırmaq istəyərkən bıçaq zərbəsi alıb. Belə ki, Ş.Aslanov həyat yoldaşına bıçaqla zərbə endirmək istəyərkən bıçaq E.Aslanovun ürək nahiyəsinə dəyib. 33 yaşlı şəxs aldığı xəsarət nəticəsində hadisə yerindəcə dünyasını dəyişib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən ata hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.
***09:13
Goranboyda oğlunu bıçaqlayaq qətlə yetirən ata saxlanıb.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində E. Aslanovu qətlə yetirməkdə şübhəli bilinən 57 yaşlı Şahin Aslanov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
***
Goranboyda atası tərəfindən qətlə yetirilən şəxsin kimliyi məlum olub.
Qətlə yetirilən 1993-cü il təvəllüdlü, 33 yaşlı Elvin Aslanovdur.
İlkin məlumata əsasən, Goranboy şəhər sakini, 1969-cu il təvəllüdlü Ş.Aslanov münaqişə zəminində yaşadığı evdə oğlu E.Aslanova kəsici alətlə xəsarətlər yetirib. Aldığı xəsarətlərdən E.Aslanov hadisə yerində ölüb.
Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Goranboy rayon şöbəsinə təhvil verilib. Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.
***
Goranboy rayonunda qətl hadisəsi baş verib.
Hadisə rayonun mərkəzi küçələrindən birində qeydə alınıb.
İlkin məlumata əsasən, ata ilə oğlu arasında yaranan mübahisə zamanı ata oğluna bıçaqla xəsarət yetirib. Ağır yaralanan şəxs hadisə yerində ölüb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
