Goranboyda yük avtomobili qəza törətdi: 1 tona yaxın yanacaq yola töküldü – FOTObackend

Goranboyda yük avtomobili qəza törətdi: 1 tona yaxın yanacaq yola töküldü - FOTO

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, Türkiyə Respublikası vətəndaşı 1969-cu il təvəllüdlü S.Hakyeməz idarə etdiyi İveco (TIR) markalı yük avtomobili ilə Qazax istiqamətində hərəkətdə olarkən avtomobil idarəetmədən çıxıb. Nəticədə yük avtomobili magistral yolunun dəmir arakəsməsinə dəyib. Qəza zamanı xəsarət alan olmasa da avtomobilə və yol təsərrüfatına ciddi ziyan dəyib.

Yük avtomobillin yük yerində olan dəmirlər yola dağılıb, bundan başqa yük avtomobilindən 1 tona yaxın yanacaq yola tökülüb.

Dərhal hadisə yerinə FHN əməkdaşları cəlb edilib, yolda dağılan yanacaq yuyulub.

Faktla bağlı aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*