Görüş iştirakçılarından biri təslim olmağı təklif edib – Akopyanbackend

Görüş iştirakçılarından biri təslim olmağı təklif edib - Akopyan

Ermənistan və Artsaxın keçmiş prezidentlərinin bütün ermənilərin katolikosu ilə görüşündən iki-üç gün keçir. Tərəflərdən heç biri konkret məlumat açıqlamır. Amma müxtəlif müsahibələr, məlumatlar, yazılar nəticəsində aydın mənzərə yaranır. Görünür ki, görüş iştirakçılarından biri təslim olmağa razılıq verməyi təklif edib.

KONKRET.az xəbər verir ki, bu barədə Yerevan.Today saytının baş redaktoru Sevak Akopyan yazıb.

“İştirakçılardan biri bütün digər fikirlərin əksinə təklif irəli sürüb. Nikolun sülh müqaviləsini imzalayacağını, qəbul edəcəyini, Nikola kömək edəcəyini, onun yanında olmağı təklif edib”. “Xaç atası” filmindəki məşhur epizodu xatırlayırsınızmı, atası oğluna düşmənlə görüşmək təklifi ilə sizə gələnin satqın olduğunu söyləyir. Nə baş verir? Bunu sülh müqaviləsi, xilaskarlıq kartı və ya başqa bir şey adlandırın, amma əslində bu, kapitulyasiya olacaq” – deyə Akopyan əlavə edib.

O, bildirib ki, sadə hesablama aparmaq olar ki, bütün iştirakçılardan hansı həmişə və açıq şəkildə torpağın verilməsinin lehinə çıxış edib. Ola bilsin ki, o, Tavuş, Sünik, Cermuk, Vardenis, Yeraşxı təslim etmək haqda düşünməyib, hətta Artsaxın təslimindən sonra növbənin onlara çatacağını belə ağlına gətirməyib”, – Akopyan yazıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*