Göyçayda çayxana yandıbackend

Göyçayda çayxana yandı

Göyçay rayonunun Bəydövül kəndində ümumi sahəsi 120 m2 olan çayxana kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin dam örtüyünün yanar konstruksiyaları 50 m2 sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, tikilinin qalan hissəsi və bitişik mağaza yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*