Göyçayda itkin düşən yaşlı qadının meyiti tapılıb.
KONKRET.az-ın məlumatına görə, ötən gün 65 Lətifə Əsgərovanın itkin düşməsi barədə polisə məlumat daxil olub.
Ailə üzvlərinin dediyinə görə, L.Əsgərova 15 avqust səhər saatlarında evdən çıxaraq geri qayıtmayıb. 1 gün ərzində davam edən axtarış tədbirləri nəticəsində qadının cansız bədəni tapılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, Lətifə Mehdi qızı Ələsgərovanın bu gün axşam saatlarında Məlikkənd kəndi ərazisindəki su kanalından meyiti aşkar olunub. Onun özünə qəsd etdiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
