Göyçayda kanaldan naməlum kişi meyiti tapıldıbackend

Göyçayda kanaldan naməlum kişi meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Yuxarı Şirvan kanalının Göyçay rayonu, Şəhadət kəndi ərazisindən keçən hissəsində naməlum kişi meyitinin aşkarlanması ilə bağlı müraciət daxil olub.

Nazirlikdən KONKRET.az-a verilən məlumata görə, meyitin kanaldan çıxarılmasına kömək məqsədilə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri həmin əraziyə cəlb olunub.

Görülən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*