Göygöldə dəhşətli qəza: Türkiyə vətəndaşı öldübackend

Göygöldə dəhşətli qəza: Türkiyə vətəndaşı öldü

Göygöldə ağır yol-nəqliyyat hadisəsi zamanı Türkiyə vətəndaşı dünyasını dəyişib.

KONKRET.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza “TIR” markalı yük maşının digər yük maşını ilə toqquşması nəticəsində qeydə alınıb. Nəticədə Türkiyə vətəndaşı, 1979-cu il təvəllüdlü Mecid Bakir hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*