Göygöldə qəzaya düşən ailə üzvlərinin şəxsiyyətləri məlum oldu – YENİLƏNİBbackend

Göygöldə qəzaya düşən ailə üzvlərinin şəxsiyyətləri məlum oldu - YENİLƏNİB

Göygöl rayonunda yol qəzasına düşən ailə üzvlərinin kimliyi məlum olub.

KONKRET.az-ın məlumatına görə, hadisə zamanı sürücünün həyat yoldaşı, 1991-ci il təvəllüdlü Namazova Dürdanə Rəfi qızı həlak olub.

Qəza zamanı habelə Namazova Gülnaz Məsim qızı, 1988-ci il təvəllüdlü Novruzov Elməddin Razim oğlu, onun qaynanası, habelə 1987-ci i il təvəllüdlü Gəncə şəhər sakini Namazova Turanə Fazil qızı xəsarət alıblar.

Onlar Goranboy rayonunun Ağamalıoğlu kənd sakinləridir.

Qeyd edək ki, hadisə rayonun Aşıqlı kəndində qeydə alınıb. “QAZ-24” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

=======================================================================================================

Göygöl rayonunda bir ailənin üzvləri qəzaya düşüb.

KONKRET.az-ın məlumatına görə, xəsarət alanlar arasında azyaşlılar da var.

İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, daha 4 nəfər xəsarət alıb.

Qeyd edək ki, hadisə rayonun Aşıqlı kəndində qeydə alınıb. “QAZ-24” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*