Abşeron rayonunda ölüm hadisəsi qeydə alınıb.
KONKRET.az xəbər verir ki, hadisə Masazır qəsəbəsində yerləşən qadın gözəllik salonlarından birində baş verib.
1997-ci il təvəllüdlü Rəhimov Surxay işlədiyi zaman qəfildən halı pisləşib və o, hadisə yerindəcə vəfat edib.
Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır. (Teleqraf)
