Azərbaycan Qarabağı işğalçılardan təmizlədiyi təqdirdə bütün dünya, o cümlədən Ukrayna üçün nümunə olacaqdır. Kiyev Bakının ərazi bütövlüyünün bərpası sahəsində təcrübəsindən yararlana bilər. Hazırda Bakının atdığı hər addım nümunəvidir.
KONKRET.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məşhur ukraynalı politoloq Vyaçeslav Kovtun yazıb.
“Ukrayna münaqişə tərəflərindən birinə, yəni Azərbaycana simpatiyası olmasına baxmayaraq, Qarabağ münaqişəsində neytral mövqe saxlayır və hələ ki, müşahidəçi kimi qalır. İndi Qarabağdakı münaqişə siyasi baxımdan çox böyük əhəmiyyətə malikdir. Çünki onun timsalında dünya dondurulmuş münaqişələrin necə çözülə biləcəyinin şahidi ola bilər”, – deyə Kovtun qeyd edib.
