Güclü külək Qax və Zaqatalada fəsadlar törətdibackend

Güclü külək Qax və Zaqatalada fəsadlar törətdi

Qax rayonunda müşahidə olunan güclü külək bir sıra yaşayış məntəqələrində fəsadlara yol açıb. Rayonun Qorağan, Turaclı, Marsan və Çüdülü kəndlərində 30-a yaxın ağac aşıb, 5 yardımçı tikilinin və mal tövləsinin dam örtüyünə ziyan dəyib.

KONKRET.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Qax Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasından məlumat verilib.

Güclü küləyin təsirindən irigövdəli ağaclar kökündən qoparaq aşıb, elektrik və rabitə dirəkləri zədələnib, naqillər qırılıb. Bəzi ərazilərdə qaz xətlərinə də ziyan dəyib. Hadisə nəticəsində Marsan, Turaclı və Çüdülü kəndlərində elektrik enerjisi, internet və təbii qazın verilməsində fasilələr yaranıb. Hazırda aidiyyəti qurumların əməkdaşları qəzaların nəticələrinin aradan qaldırılması istiqamətində işləri davam etdirirlər.

Güclü külək Zaqatala rayonunda da fəsadsız ötüşməyib. Rayonun müxtəlif ərazilərində ağaclar aşıb, bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilməsi müvəqqəti dayanıb. Xidmət sahələrinin əməkdaşları problemlərin aradan qaldırılması üçün ərazilərdə çalışırlar.

Hazırda bölgədə qeyri-sabit hava şəraiti davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*