Güclü külək, yağış – FAKTİKİ HAVAbackend

Güclü külək, yağış - FAKTİKİ HAVA

Ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, aprelin 21-i səhərədək ölkə ərazisində hava şəraiti nisbətən sabit olub, lakin axşam və gecə bəzi şimal və şərq rayonlarında şimşək çaxıb, qısamüddətli yağış yağıb, səhər saatlarından başlayaraq şimal-qərb küləyi güclənib.

Düşən yağıntının miqdarı Yardımlıda 3 mm, Göygöldə 2 mm, Şərur, Şəmkir, Lənkəran, Neft Daşlarında 0.6 mm olub. Binə, Neft Daşları, Çilov adası, Xaçmaz, Cəfərxan, Biləsuvar, Astara, Lənkəran, Nabranda duman müşahidə olunub, görünüş 200-500 metrədək məhdudlaşıb.

Qərb küləyi Naftalanda 24 m/s, Daşkəsəndə 23 m/s, Xınalıqda 20 m/s, Xaltanda 15 m/s, Bakıda və Abşeron dəniz rayonunda 15-20 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*