Gürcü epidemioloqlarından xəbərdarlıq: Vəziyyət pisləşəcəkbackend

Gürcü epidemioloqlarından xəbərdarlıq: Vəziyyət pisləşəcək

Gürcüstanda yaxın iki həftə ərzində epidemioloji vəziyyətin daha da pisləşəcəyi və koronavirusun Omikron ştammına yoluxanların sayının kəskin artacağı gözlənilir.

KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstanın epidemioloqlarının yaydığı bəyanatda bildirilib.

Onların fikrincə, yanvar ayının sonunda Gürcüstanda Omikron ştammının yayılması pik həddə çatacaq.

“Hazırda ölkənin xəstəxana sektoru ciddi hazırlıq vəziyyətinə gətirilir. Xəstəxanalar həddindən artıq yüklənmə və çox sayda pasiyent axınına hazırlaşır”, – bəyanatda bildirilib.

Qeyd edək ki, ölkənin səhiyyə naziri Zurab Azaraşvili də ölkədə epidemioloji vəziyyətin ciddi olduğunu vurğulayıb. Bildirib ki, səhiyyə sistemi tam səfərbər olunub və yüklənməyə hazırdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*