Gürcüstan 2008-ci ilin səhvlərini niyə təkrarlayır? – Önəmli DETALLARbackend

Gürcüstan 2008-ci ilin səhvlərini niyə təkrarlayır? - Önəmli DETALLAR

Avqust müharibəsinin ildönümü fonunda Gürcüstan cəmiyyətində həmin faciədən necə qaçınmaq olar sualı yenidən aktuallaşıb.

KONKRET.az xəbər verir ki, Vaxtanq Coxadzenin təhlilində 2008-ci il hadisələrinin geosiyasi nəticələri və Azərbaycanın təcrübəsi fonunda Gürcüstanın buraxdığı səhvlər müzakirə olunub.

Məqalədə qeyd olunur ki, 2008-ci ildə Tbilisi Qərb tərəfdaşlarının siqnallarını səhv şərh edərək hərbi müdaxiləyə yol vermiş, real təhlükəsizlik zəmanəti olmadan Rusiya hərbi maşını ilə təkbaşına qarşılaşmışdı. Qərbin isə yalnız deklarativ reaksiya verməsi Kremlə cəzasızlıq mühiti yaratdı və bu presedent sonradan Ukrayna hadisələrinə qədər gətirib çıxardı.

Müəllif vurğulayır ki, xarici dəstəkli separatizmlə üzləşən Azərbaycanın səbir və strateji hesablamalarla öz suverenliyini bərpa etməsi fonunda, Gürcüstan rəhbərliyi o zaman təxribatlara uymuşdu.

Təhlildə həmçinin daxili siyasi qüvvələrin və müxalifət nümayəndələrinin məsuliyyətsiz bəyanatlarının milli maraqlara vurduğu zərərdən bəhs edilir.

Xüsusilə, müxalifət liderlərindən biri Qiya Baramidzenin 1992-1993-cü illər Abxaziya müharibəsi ilə bağlı səsləndirdiyi və hüquq-mühafizə orqanlarının yoxlamasına səbəb olan sərt açıqlamalarının separatçılar tərəfindən dərhal təbliğat vasitəsi kimi istifadə olunduğu diqqətə çatdırılır. Qeyd olunur ki, belə ehtiyatsız bəyanatlar ölkənin ərazi bütövlüyünün bərpası və barışıq prosesinə ciddi zərbə vurur.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*