Gürcüstan Aİ-yə namizəd statusunun Ukrayna və Moldovaya verilməsindən məyusdur.
KONKRET.az TASS-a istinadla xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.
O bildirib ki, Gürcüstan Moldova və Ukraynanın Avropa İttifaqına namizəd, Tbilisinin isə onu əldə etmək perspektivi almasından məyus olub.
Zurabişvili Strasburqda keçirilən Ümumdünya Demokratiya Forumunda deyib: “Gürcüstan namizəd statusunun Ukrayna və Moldovaya verilməsi prosesində böyük məyusluq yaşadı”.
Prezident vurğulayıb ki, Gürcüstan xalqı “o qədər avropalıdır və o qədər uzun müddətdir ki, nə vaxtsa onlar bu Avropa ailəsinə qoşulmalıdır”, vaxt itirməməyə çağırıb.
“Gürcüstanın namizədliyə ehtiyacı var”,- deyə o əlavə edib.
Xuraman Etibarlı,
KONKRET.az
