Gürcüstan bu məsələdə ŞÜBHƏLİ BİLİNİR – “Reuters”backend

Gürcüstan bu məsələdə ŞÜBHƏLİ BİLİNİR - "Reuters"

Gürcüstan Rusiyanı sanksiyalardan yayınmağa köməkdə şübhəli bilinir.

KONKRET.az Reuters-ə istinadən xəbər verir ki, bunu bir qrup ukraynalı deputat deyib və ABŞ-ı tədbir görməyə çağırıb. Lakin onlar əlavə təfərrüatlar və konkret misallar təqdim etməyiblər.

Rusiya şirkətləri Qərbin sanksiyalarından yan keçmək üçün Gürcüstanın hüquqi şəxslərindən istifadə edir.

Gürcüstanın Vaşinqtondakı səfirliyi bu iddiaların tamamilə yalan olduğunu bildirib.

Ukraynanın Rusiya ilə baş müzakirəçisi, deputat David Araxamia bildirib ki, Vaşinqtona səfər edən Ukrayna nümayəndə heyətinin ABŞ Konqresində, Dövlət Departamentində və ABŞ Maliyyə Nazirliyində bu məsələ və digər mövzularda görüşləri gözlənilir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*