Gürcüstanda “Omikron“a yoluxma sürətlə artırbackend

Gürcüstanda “Omikron“a yoluxma sürətlə artır

Gürcüstanda koronavirusun yeni “Omikron” ştammı ilə 147 yoluxma halı təsdiqlənib.

KONKRET.az “Sputnik-Qruziya”ya istinadla xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi məlumat yayıb.

Gürcüstanda ilk də “Omikron” yoluxma ötən il dekabrın 20-də laboratoriyada təsdiqlənib. Hər iki hal xarici yoluxma ilə əlaqədardır. Yoluxmuş biri ABŞ-dan, digəri isə BƏƏ-dən gəlib.

Gürcüstanda son sutka ərzində 943 yeni koronavirusa yoluxma faktı qeydə alınıb, 37 nəfər ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*