Gürcüstanda seçki sonrası vəziyyət: Qərb, yoxsa Rusiya qalib gələcək? – PƏRDƏARXASI DETALLARbackend

Gürcüstanda seçki sonrası vəziyyət: Qərb, yoxsa Rusiya qalib gələcək? - PƏRDƏARXASI DETALLAR

Gürcüstanda seçkilər başa çatsa da, onun nəticələri ilə bağlı qalmaqallar hələ də davam edir. Belə ki, prezidenti Salome Zurabişvili seçkiləri tanımadığını deyib və vətəndaşları etiraza səsləyib. Hazırda qonşu ölkədə baş verənlər həm dünyanın, həm də Cənubi Qafqaz ölkələrinin maraq dairəsindədir. Bundan sonrakı proseslərin necə cərəyan edəcəyi, Gürcüstanda nələrin baş verəcəyi xüsus maraq doğurur.

Mövzunu “KONKRET.az“a şərh edən politoloq Əlimusa İbrahimov bildirib ki, Gürcüstandakı seçkilərdə “Gürcü Arzusu”nun qalib gələcəyini düşünənlərin proqnozu özünü qismən doğrultdu:

“Çünki hakim partiya can atdığı tam çoxluğa nail ola bilmədi ki, bu da gələcəkdə ölkənin idarə olunmasında onlara müəyyən problemlər yarada bilər. Müxalifətin və Gürcüstanı Avropanın ağuşunda görmək istəyənlərin ümidləri isə alt-üst oldu. Başda Gürcüstan Prezidenti Salome Zurabişvili olmaqla Gürcüstan müxalifəti seçki-referendumun ciddi pozuntularla keçirildiyini sübut edən heç bir səbəb gətirmədən seçkinin nəticələrini tanımaqdan imtina etdi. Çünki can atdıqları Avropa İttifaqı və onun Gürcüstanla bağlı olan institutları belə mövqe tutmağı tapşırdılar. Seçkilərin bu cür nəticələnəcəyindən ən böyük narahatlıq keçirən isə Avropa İttifaqı oldu desək, heç də yanılmarıq. Çünki bu qurum Gürcüstandakı seçkilərə Cənubi Qafqaza daxil olmaq istiqamətində nailiyyət əldə etmək prizmasından baxırdı. Müxalifət qalib gəlsəydi Aİ regionda öz pozuculuq fəaliyyətini davam etdirəcək və Rusiya ilə mübarizəsi üçün yeni cəbhə açacaqdı. Amma onların düşündükləri kimi olmadı və Brüsselin Gürcüstrana bağladığı ümidlər fiaskoya uğradı. Düşünürəm ki, bundan sonra oradakılar Cənubi Qafqazla daha ehtiytatlı olmalı və özlərinin regionla bağlı siyasətlərində korrektələr etməlidirlər”.

Politoloqun sözlərinə görə, bu seçkidə ciddi maraq doğuran məsələ isə Avropa İttifaqına üzv olmaq istəyən bir ölkənin sakinlərinin niyə Rusiyameyilli “Gürcü arzusu”na səs verməsidir: “Gürcüstandakı seçkilərdə alınan nəticələr hələ çox müzakirə olunacaq. Avropa İttifaqı kimi qurumlar da Gürcüstanı hədələmək yolunu hələ bir müddət davam etdirəcəklər. Düşünürəm ki, onların sonrakı hücumları da nəticəsiz başa çatacaq. Çünki region dövlətləri artıq dostu düşməndən ayırmağı bacarır və onlara tuşlanan təhlükəni hədəfdən yayındırmağı bilirlər”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*