Gürcüstanın Baş naziri müsəlmanları təbrik etdibackend

Gürcüstanın Baş naziri müsəlmanları təbrik etdi

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkə müsəlmanlarını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib.

KONKRET.az xəbər verir ki, o, Ramazanı mənəvi təmizlənmə, xeyirxahlıq və bir-birinə qayğının böyük bayramı adlandırıb.

Hökumət başçısı hər bir müsəlmana Ramazan ayının başa çatması münasibətilə səmimi təbriklərini çatdırıb: “Biz əsrlər boyudur ümumi vətənimizi qardaşlıq və dostluğumuzla qururuq, gələcəyimizi birlikdə yaratmalıyıq. Vətəndaşlarımızla birgə sizin bayrama qoşuluruq və sizə sülh, firavanlıq, cansağlığı və uğurlar arzulayıram”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*