Gürcüstanın buğda ehtiyatı TÜKƏNİBbackend

Gürcüstanın buğda ehtiyatı TÜKƏNİB

Gürcüstanda buğda ehtiyatı faktiki olaraq bitib, dəyirmanlar yaxın günlərdə işini dayandıracaq.

KONKRET.az xəbər verir ki, bunu Gürcüstan Taxıl və Un İstehsalçıları Assosiasiyasının rəhbəri Levan Silaqava deyib.

O bildirib ki, son bir neçə ay ərzində ölkəyə böyük həcmdə un idxal olunur:

“Biz artıq o vəziyyətə çatmışıq ki, əvvəl bizdə olan buğda ehtiyatları bitib və dəyirmanlar işini dayandıracaq”.

Onun sözlərinə görə, Gürcüstana un idxalına vergi tətbiq olunmasa da, buğda idxalına 1 ton üçün 120 dollar vergi ödənilir.

Stastistikaya əsasən, Gürcüstanda ildə 650 min ton buğda istehlak olunur. Ölkə özü özünü yalnız 15 faiz təmin edə bilir. Gürcüstan əsasən taxılı idxal edir ki, bunun da 90 faizi Rusiyanın payına düşür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*