“Guya tuneli bağladıq ki, Azərbaycan Ordusu əraziyə girəndə…”backend

“Guya tuneli bağladıq ki, Azərbaycan Ordusu əraziyə girəndə…”

Ermənistan parlamentində hakim “Mülki müqavilə” partiyasının üzvü Babken Tunyanla müxalifətçi deputat Marianna Qəhrəmanyan arasında insident yaşanıb.

KONKRET.az globalinfoaz-a istinadən xəbər verir ki, B.Tunyan peşəkarlıqdan danışarkən müxalifət sıralarında əvvəllər absurd fikirlər səsləndirən şəxslərin olduğunu xatırladıb.

O bildirib ki, söhbət Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətindəki bəzi ərazilərin təhvil verilməsindən gedir.

“Təxminən 3-4 il əvvəl Dilican tuneli təmir edilərkən bağlanmışdı. Sizin bir deputat yazmışdı ki, Dilican tunelini Azərbaycan Ordusunun Tavuşdakı torpaqlara yerləşməsi üçün bağlayıblar. O deyir ki, guya məqsəd həmin məqamda Ermənistan ordusunun köməyə gəlməsinin qarşısını almaqdır. O qədər absurd fikirdir ki, bunu təsəvvür etmək belə kifayət qədər çətindir”, – Tunyan deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*