Abşeron rayonu Güzdək qəsəbəsinin sakinləri evlərinin yaxınlığında yerləşən daş karxanasının fəaliyyətindən narazıdırlar. Deyirlər ki, bir neçə ay bundan qabaq fəaliyyətə başlamış karxana 24 saat fəaliyyət göstərdiyindən onların evləri gün boyu toz içində olur. Üstəlik axşamlar avadanlıqların səsindən yatmaq da mümkün deyil. Karxanada çalışanlar isə iddiaların əsassız olduğunu bildirirlər.
KONKRET.az xəbər verir ki, məsələ ilə əlaqədar Ekologiya və təbii sərvətlər nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə agentliyinin şöbə müdiri Zaur Səidli qeyd edib ki, sakinlərin şikayəti əsasında əraziyə baxış keçirilib və qanunsuz fəaliyyət göstərən karxana aşkarlanıb.
Zaur Səidli onu da əlavə edib ki, araşdırmalar yekunlaşdıqdan sonra məsələyə hüquqi qiymət veriləcək.
