Hacıqabulda avtomobil dərəyə aşdı – Ər-arvad xəsarət aldıbackend

Hacıqabulda avtomobil dərəyə aşdı - Ər-arvad xəsarət aldı

Hacıqabulda baş verən yol qəzasında ər-arvad xəsarət alıb.

KONKRET.az-ın məlumatına görə, hadisə axşam saatlarında rayonun Ağacanlı kəndində qeydə alınıb. Belə ki, “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı dərəyə aşıb.

Qəza nəticəsində kənd sakinləri, 1984-cü il təvəllüdlü Abdinov İlham İbad oğlu və həyat yoldaşı, 1986-cı il təvəllüdlü Abdinova Gülnar Əmirxan qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.“Report”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*