Hadı Rəcəblinın etirazı: “QURTARDI”backend

Hadı Rəcəblinın etirazı: "QURTARDI"

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizədlər Rəvan Bəşirov və Əzizxan Əzizovun müraciətinə baxılıb.

İclasda həmin dairənin 27 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib. Nəticələrə görə, sözügedən dairənin qalibi Hadı Rəcəblinin qələbəsi etibarsız hesab edilib.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı AZXEBER.COM Hadı Rəcəbli ilə əlaqə saxlayıb. Telefonuna cavab verən keçmiş deputat müxbirin sualına məhəl qoymadan yanındakı şəxsə “Qurtardı” deyərək dəstəyi asıb. Ona verilən sualları cavabsız qoyan Hadı Rəcəbli daha sonra telefonunu söndürüb.

Günel Hüseynli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*