Hakerlər Danimarkanın mərkəzi əhali reyestrinə hücum edib və 8,8 milyon nəfərin məlumatlarına çıxış əldə ediblər.
KONKRET.az xəbər verir ki, naməlum şəxslər, xüsusən, hazırda Danimarkada yaşayan, eləcə də ölkəni tərk etmiş və ya vəfat etmiş şəxslərin adlarını, ünvanlarını və sosial sığorta nömrələrini ələ keçiriblər. Ölkədə təxminən altı milyon nəfər yaşayır, reyestrdə isə təxminən 11 milyon nəfər haqqında məlumat var.
Rəqəmsal texnologiyalar naziri Kristina Eqelund baş verənləri “son dərəcə ciddi insident” adlandırıb və hücumun tam miqyasının hələ qiymətləndirilməli olduğunu bildirib.
Bu barədə AFP agentliyi xəbər verir. Qurumun məlumatına görə, CRP reyestrinin administrasiyası oktyabrın 2-də sistemdə sentyabr ərzində yaranmış “anomaliya” barədə məlumatlandırılıb. Həmin məlumata əsasən, hakerlər Danimarka şirkətlərindən birinin qanuni hesabı vasitəsilə sistemə daxil olublar. İndi bu giriş bloklanıb.
Natiq Səlim,
KONKRET.az
