Hakim küçədə çiyninə toxunan şəxsi güllələdibackend

Hakim küçədə çiyninə toxunan şəxsi güllələdi 

İstanbulda epilepsiyası tutan şəxs küçədən keçən bir nəfərin çiynindən tutduğu üçün dəhşət yaşayıb. 

KONKRET.az xəbər verir ki, qəfil çiynindən tutduğu üçün ona hücum etdiyini düşünən şəxs həmin adamı güllələyib.

Atəş açan şəxsin hakim olduğu bildirilir. Gənc hakim çiynindən tutan kişini ayağından tək güllə ilə yaralayıb. Hadisədən sonra polis və sağlamlıq qrupu bölgəyə göndərilib.

Hadisə ilə bağlı İstanbul Respublika Baş Prokurorluğu araşdırmalara başlayıb. Hadisənin təhlükəsizlik kamerası görüntüləri ortaya çıxıb.//Musavat

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*