backend

Hakimiyyət şübhəyə düşdü: 2050-ci ilə qədər Ermənistanda 5 milyon adam olmayacaq

Yaxın 1-3 ildə Ermənistandakı kişilərin sayı on min nəfər artmasa, əsas hədəfə – 2050-ci ilə qədər ölkə əhalisinin sayının 5 milyona çatması şübhə altındadır. Bunu Baş Nazir Aparatının Diaspor işləri üzrə ali komissarı Zare Sinanyan bu gün Ermənistan parlamentində keçirilən ilkin büdcə iclasında deyib.

KONKRET.az müvəkkilin sözlərinə istinadən bildirir ki, “əslində, son illərdə vəziyyət belədir ki, ölkəyə qayıtmaq istəyən kişilərin sayı gedənlərin sayından qat-qat azdır. Xüsusən də, gənc kişilərin sayı təhlükəli həddin aşağısındadır. Oxumaq adı ilə gedib yaşamaq üçün də xarici seçən gənc tələbələr orada ailə qurub, artıb-çoxalırlar”.

Məsələnin maliyyə tərəfi, xüsusilə Qərb universitetlərinin məzunları üçün olduqca vacibdir: “Orada 150 min dollara iş tapa biləcək birini Ermənistanda 300 min dram alaraq işləməyə inandırmaq çox çətindir”, – deyə Simonyan çıxışıa yekun vurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*