“Hamı həqiqəti bilməlidir” – Baş redaktor KİVDF-dən çıxmasından danışdıbackend

“Hamı həqiqəti bilməlidir” - Baş redaktor KİVDF-dən çıxmasından danışdı

Tanınmış jurnalist, “Bakı-Xəbər” qəzetinin Baş redaktoru Aydın Quliyev Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondundakı (KİVDF) işindən çıxarılması ilə bağlı yayılan məlumata münasibət bildirib.

KONKRET.az-ın məlumatına görə, Baş redaktor qeyd edib ki, öz ərizəsi ilə işdən ayrılıb:

“Hər kəsin öz başa düşdüyünü dövriyyəyə buraxmaması üçün həqiqəti bilmək lazımdır. Bir neçə ay əvvəl mənə edilən təklifi qəbul edərək KİVDF-də ştatdankənar ekspert təyin edildim.

Neçə illərlik təcrübəmə söykənərək bu ötən müddətdə işə çiyin verdim. Dövlət işində az-çox təcrübəsi olan biri kimi yeni təyin olunan rəhbərlərin işləmək üçün öz kadrlarının ola biləcəyini bildiyimdən KİVDF-nin yeni icraçı direktoru Əhməd İsmayılova apardığım ştatdankənar işdən azad olunmağım barədə ərizə təqdim etdim. Ərizəm qəbul olundu… Hazırda hər zamankı kimi özümün kərpic-kərpic tikdiyim yenilməz “Bakı-xəbər” “qalasının ” başındayam və dövlətçilik prinsipi üzərində dəyişməz işimi davam etdirirəm…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*