Hansı heyvanları şəhərdə gəzdirmək olmaz? – AÇIQLAMAbackend

Hansı heyvanları şəhərdə gəzdirmək olmaz? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, sosial şəbəkədə Bakının mərkəzində gənclərin quzuya uşaq bezi taxaraq gəzdirməsinin görüntüləri yayılıb. Həmin görüntülər əvvəllər belə bir hal ilə heç vaxt rastlaşmayan izləyicilərin diqqətini cəlb edib. Yayılan məlumatlara əsasən, bulvarda xidmət aparan polis əməkdaşı quzunu və gəncləri saxlayaraq, bölməyə aparıb.

KONKRET.az xəbər verir ki, lent.az məsələ ilə bağlı hüquqşünas Şamil Paşayevə sual ünvanlayıb.

Hüquqşünas bildirib ki, istər Cinayət Məcəlləsində, istərsə də İnzibati Xətalar Məcəlləsində heç bir heyvanın şəhərdə gəzdirilməsinə qadağa yoxdur:

“Heyvanların ictimai yerlərdə gəzdirilməsi ilə bağlı bir sıra müddəalar var. Məsələn, itin mütləq ağızlığı və xaltası olmalıdır. Ancaq konkret olaraq, quzu, yaxud digər hansısa heyvanın gəzdirilməsinə qadağa yoxdur. Həmin heyvanları gəzdirən şəxsin cinayət, yaxud inzibati məsuliyyətə cəlb olunması da nəzərdə tutulmayıb. Sadəcə, Azərbaycan mentalitetində bunun üçün yalnız it, pişik, meymun və digər heyvanlar qəbul olunub. Qoyun-quzuya bərəkət kimi baxılıb.

İnzibati Xətalar Məcəlləsinin 290-cı maddəsində ev heyvanlarının çöldə aparmaqla bağlı bəzi müddəalar var. Həmin maddədə heyvanın görünüşünə cərrahi əməliyyatla müdaxilə etmək, sərxoş vəziyyətdə onu gəzdirmək, insanlara hücum etməsinə şərait yaradılması və s. nəzərdə tutulub”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*