Hazırda pulu hara yatırmaq daha sərfəlidir?backend

Hazırda pulu hara yatırmaq daha sərfəlidir?

Gəlirlərinin bir hissəsini gələcək üçün qorumaq və artırmaq istəyənlərin sayı kifayət qədərdir. Xüsusilə iqtisadi qeyri-müəyyənlik dövründə vətəndaşlar pullarını hansı istiqamətə yatıracaqları barədə qərarsızdırlar. Lakin böyük kapitalı olmayanlar üçün bu seçim daha da çətinləşir. Çünki inflyasiya və digər iqtisadi amillər insanlarda gələcək üçün ciddi suallar doğurur.

Bəs hazırkı iqtisadi şəraitdə hansı investisiya aləti daha çox gəlir vəd edir?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı pravda.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, bu gün Azərbaycanda investisiya qoyulacaq  məkan çox dardır.

Onun sözlərinə görə, insanların pullarını daşınmaz əmlaka, qızıla, yoxsa depozitə yatırması uzun illərdir, müzakirə olunan üç əsas məsələdir: “Qiymətli kağızlar bazarının, divident gətirən digər istiqamətlərin olmaması doğurdan da insanları bu 3 istiqamət üzrə kökləyir. İndi daşınmaz əmlakda fantastik qiymətlərdir, çox bahalaşıb. Siz hətta təqribən 150 minə ev alsanız, onu ən yaxşı halda 600-700 manata kirayəyə verə bilərsiniz. Amma 150 min manatı iki yerə bölüb (çünki banklara 100.000-dən artıq qoyanda sığorta olunmur) depozitə qoysanız 15 min manat illik gəlir gətirir. Yəni hələlik manatın məzənnəsinin sabit olduğunu, qızılın qiymətinin tez-tez oynadığını nəzərə alaraq, daşınmaz əmlak qiymətlərinin gələcəyinin sual altında olduğunu nəzərə alaraq ən yaxşısı depozitdir. 10 faizlik depozit hələlik sabit gəlir gətirən sahədir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*