Bu ilin yanvar–avqust aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 116,6 milyon manat vəsait ödənilib.
KONKRET.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat verib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 milyon manat və yaxud 4,7 % çoxdur.
