ABŞ icazə verdi – Müharibədə dönüş olacaqbackend

ABŞ icazə verdi - Müharibədə dönüş olacaq

ABŞ Dövlət Departamenti Almaniyanın Ukraynaya 10 ədəd “Patriot” raketi verməsinə icazə verib və Səudiyyə Ərəbistanına 48 ədəd F-35 qırıcısının satışını təsdiqləyib.

KONKRET.az xəbər verir ki, razılaşma əvvəllər Berlin tərəfindən alınmış, dəyəri 29,6 milyon dollar olan “Patriot” raketlərinin Kiyevə verilməsini nəzərdə tutur. Qaydalara əsasən, ABŞ silahlarını alan ölkə Vaşinqtonun razılığı olmadan həmin silahları üçüncü tərəfə ötürə bilməz. İndi raketlərin Ukraynaya verilməsi üçün ABŞ Konqresinin təsdiqi tələb olunur.

ABŞ Dövlət Departamentinin məlumatında deyilir:

“ABŞ hökuməti siyasi, hərbi və iqtisadi xarakterli mülahizələri, həmçinin insan hüquqları və silahlara nəzarət məsələlərini nəzərə alaraq icazə verməyə hazırdır. Ukrayna hava hücumundan müdafiə potensialını gücləndirmək üçün bu sistemləri əldə etməyə çalışır və artıq eyni tipli sursatlara malikdir”.

Bundan əlavə, ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına 24 milyon dollardan çox məbləğə 48 ədəd F-35 qırıcısının satışını da razılaşdırıb. Bu addım “ABŞ-ın NATO üzvü olmayan əsas tərəfdaşının təhlükəsizliyinin gücləndirilməsi” ilə izah edilib.

Razılaşma Konqres tərəfindən təsdiqlənərsə, Səudiyyə Ərəbistanı tarixində ilk dəfə Amerikanın F-35 qırıcılarının ilk partiyasını əldə edəcək.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*