Paşinyan Qarabağla bağlı danışıqlar və regional vəziyyətin həlli üçün Əliyevlə görüşməyə hazır olduğunu açıqlayıb.
KONKRET.az-ın məlumatına görə, o bildirib ki, “İrəvan Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin regional kommunikasiyaların qarşısını almaq üçün üçtərəfli komissiya işini bərpa etməyə hazırdır”.
Paşinyan qeyd edib ki, sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində Ermənistanın mövqeyi dəyişməz olaraq qalır: bu istiqamətdə işləri gücləndirmək lazımdır.
“Bölgədə düşmənçilik atmosferinin dərinləşməsi qəbuledilməzdir”, – o vurğulayıb.