Moskvada çağırışçıların yaşayış yerini müəyyən etmək üçün videomüşahidə sistemindən istifadə olunur.
KONKRET.az xəbər verir ki, bu barədə Moskva hərbi komissarının bəyanatında bildirilir.
Polkovnik Loktev hesab edir ki, vətəndaşların hərbi komissarlığa gəlməməsinin əsas səbəbi onların qeydiyyat yerində yaşamamalarıdır.
“Onlar qeydiyyat yerində yaşamırlar, bu səbəbdən çağırış vərəqəsini verə bilmirik. İndi bu məsələyə böyük diqqət yetirilir.
Üstəlik, istifadə etdiyimiz resurslarla onlar heç bir yerə qaça bilməzlər”, – hərbi komissar deyib.
Xuraman Etibarlı,
KONKRET.az
