Həmədanda su böhranı kritik həddə çatdıbackend

Həmədanda su böhranı kritik həddə çatdı

Həmədanda su böhranı kritik həddə çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə avqustun 13-də mətbuata verdiyi açıqlamada Həmədan əyalətinin Regional Su Şirkətinin başçısı Mənsur Sutudə məlumat verib. O, bildirib ki. hal-hazırda Ekbatan su anbarında mövcud olan su həcmi 11 milyon kubmetrdir və ən uzağı sentyabrın sonlarına qədər Həmədan şəhərinin içməli su tələbatını ödəmək mümkün olacaq.

Sutudə ötən ilin eyni dövrü ilə müqayisədə yağıntıların 42% azaldığını və quraqlığın su anbarlarında su həcminin azalmasında böyük rol oynadığını qeyd edib. Mənsur Sutudə Həmədan şəhərinin su təminatında əsas rol oynayan Ekbatan anbarının yalnız 34%-nın dolu olduğunu, bununlada yaxın gələcəkdə bunun tükənəcəyi üçün yeni layihələrin həyata keçirilməsinin vacibliyini bildirib.

Başçı problemin həlli istiqamətində bir sıra layihələrin icrasına hazırlaşdıqlarını deyib. Lakin o, layihələrin nədən ibarət olması və nə zaman həyata keçiriləcəyi barədə məlumat verməyib.

Bundan öncə Həmədan əyalətinin Su və Kanalizasiya Şirkəti sədrinin müavini Həmidrza Nikdad mətbuata verdiyi müsahibədə su qıtlığından danışıb. O, 56 kəndə səyyar tankerlər vasitəsilə su çatdırdıqlarını və bu sayın yaxın günlərdə 169 kəndə çatacağını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*