Hər gün səhər tut doşabı içirəm – Ərdoğanbackend

Hər gün səhər tut doşabı içirəm - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

KONKRET.az “Haberler”ə istinadən xəbər verir ki, Ərdoğan jurnalistlərdən birinin “Koronavirusa qarşı xüsusi tədbir görürsünüzmü” sualına belə cavab verib:

“Mənim bir tövsiyəm var. Bunu həkimlər də deyir. Özünüzü soyuğa verməyin. Hərarətə diqqət edin. Bunlar, əlbəttə, ilk göstəricilərdir. Hər şeydən əvvəl özünüzə inanın. Qidalarınıza fikir verin. Xüsusi tədbir deyəndə, inanın, belə bir tədbirim yoxdur. Bədəni güclü saxlamalıyıq. Bəzi dostlarımız sağ olsun, ara-sıra tut doşabı göndərirlər. Mən də hər səhər bir qaşıq tut doşabı içirəm. Çünki qan yaradır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*