2024-cü il sentyabrın 27-də İsrailin Beyruta endirdiyi hava zərbəsi nəticəsində həlak olan Həsən Nəsrullah fevralın 23-də dəfn olunacaq.
KONKRET.az xəbər verir ki, bu barədə “Əl-Jadeed” telekanalı Livanın şiə icmasındakı mənbələrə istinadən məlumat yayıb.
İsrailin Beyrutun cənubunu bombalaması nəticəsində həlak olan Nəsrullahın, eləcə də onun yaxın müttəfiqi, Hizbullahın icra şurasının sədri Haşim Safi əd-Dinin dəfn mərasiminin yaxın 48 saat ərzində rəsmi şəkildə açıqlanması gözlənilir.
Livanın “Cənubia” xəbər portalının məlumatına görə, hər iki yüksək rütbəli terrorçu öldürülən iranlı general, İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin abidəsi yaxınlığında, Mustəşəriyə küçəsində yerləşən məqbərədə dəfn ediləcək.//lent.az