Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın son təxribatları ilə bağlı Pakistanın “GEO TV” telekanalına müsahibə verib.
H.Hacıyev müsahibəsində sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin cəbhə boyu törətdiyi təxribatlar, Azərbaycanın əks-hücum qərarından danışıb.
