Hikmət Hacıyev: “Ermənistanın Bakı-Tbilisi-Ceyhan boru kəmərinə hücum cəhdləri boşa çıxıb”backend

Hikmət Hacıyev: “Ermənistanın Bakı-Tbilisi-Ceyhan boru kəmərinə hücum cəhdləri boşa çıxıb”

Ermənistan Bakı-Tbilisi-Ceyhan boru kəmərinə kaset tipli raket atıb. Raket Yevlax rayonunda BTC boru kəmərindən 10 metr aralı düşüb.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “twitter” hesabında bildirib.

“300+ kaset tipli bombaların qəlpələri ətrafa yaılıb. Boru kəmərinə ziyan dəyməyib. ANAMA hadisə yerində fəaliyyət göstərir. Çarəsiz Ermənistanın enerji infrastrukturuna hücum cəhdləri boşa çıxıb”, deyə H.Hacıyev vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*