Hikmət Hacıyev Gəncədə yaralanan uşağın görüntüsünü paylaşdı – FOTObackend

Hikmət Hacıyev Gəncədə yaralanan uşağın görüntüsünü paylaşdı - FOTO

Prezidentin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 4-də Gəncənin işğalçı Ermənistan ərazisindən raket atəşə tutulması nəticəsində yaralanan 2019-cu il təvəllüdlü Eyubova Zəhra Xəyyam qızının fotosunu paylaşıb.

KONKRET.az xəbər verir ki, Hikmət Hacıyev öz “Twitter” hesabında paylaşdığı fotoya  #Gəncəgüclüdür həştəqi ilə bu cümlələri əlavə edib:

“Nəsillər dəyişir, ancaq Ermənistanın Azərbaycan xalqına qarşı vəhşilikləri bitmir. Ermənistanın Gəncə şəhərinin yaşayış məntəqələrinə raket hücumu nəticəsində bu 10 aylıq qız yaralanıb”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*