Hindistan 40 milyon dollar dəyərində sövdələşmə çərçivəsində dörd “Svati” radarını Ermənistana verəcəyini bildirib.
KONKRET.az erməni mənbələrinə istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi bu məlumatı şərh etmir.
Hindistanın “The Times Now” məqaləsində deyilir ki, Rusiya və Polşa da belə sistemlərin Ermənistana tədarük olunacağını iddia edir.
“Radar sistemi Bengaluruda yerləşən Dövlət Müdafiə Tədqiqat və İnkişaf Laboratoriyası tərəfindən hazırlanıb və Bharat Electronics Limited tərəfindən istehsal olunur”, – deyə məqalə müəllifi qeyd edib.
Hindistan istehsal sistemini seçən İrəvan hava hədəflərini aşkarlamaq üçün dörd radar almağı planlaşdırır.
Maraqlıdır ki, Ermənistanın müdafiə idarəsi Hindistanın silah tədarükü barədə məlumatı təkzib etmir və ya təsdiq etmir. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti “Bu məlumatı şərh etməyəcəyik”,- deyib.
Hindistanın sistemin Ermənistana tədarükü üçün hazırlıqlara başladığı bildirilir.
Qeyd edək ki, “Svati” radar sistemi Hindistan ordusu tərəfindən Pakistandan hədəfləri aşkar etmək üçün sərhəd xətti boyunca yerləşdirilib. Bu artilleriya və raket atəşinin mənbələrini aşkar etmək və izləmək üçün mobil radardır. “Svati” eyni zamanda bir neçə hədəfi, o cümlədən 50 km radiusda müxtəlif yerlərdən atılan mərmi və minaatanları aşkar edə bilər.
